Tanınmış jurnalist dünyasını dəyişdi

Tanınmış jurnalist Tofiq Gülməmmədov dünyasını dəyişib.

XALQ.AZ xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Qeyd edək ki, Gülməmmədov Tofiq Attıxan oğlu 1960-cı il may ayının 9-u anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. “Neftçi İdman Klubu” İctimai Birliyinin mətbuat xidməti üzrə meneceri olub.