Tanınmış jurnalist Türkiyədə məktəb müdiri oldu

mehs

Hazırda Türkiyədə yaşayan azərbaycanlı jurnalist Məhsəti Şərif İstanbulda Mübariz İbrahimov adına Azərbaycan məktəbinin müdiri vəzifəsinə təyin edilib.

Bu barədə XALQ.AZ-a onun özü məlumat verib.

M.Şərif bildirib ki, rəhbərlik etdiyi məktəb dörd ildir fəaliyyət göstərir: “Tədris Azərbaycanın təhsil proqramı üzrə keçirilir. Kitablar Diasporla İş üzrə Dövlət Komitəsi vasitəsilə Təhsil Nazirliyi tərəfindən göndərilir. Məqsəd burada işləyən, yaşayan Azərbaycan ailələrinin uşaqlarının təhsildən kənar qalmamasıdır”.