Tanınmış jurnalist vəzifəyə təyin olundu

XALQ.AZ BAKUTİME.AZ-a isitnadən xəbər verir ki, tanınmış jurnalist Vəli Əkbər İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya departamentinin direktor müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, Vəli Əkbər 5 il Lider TV-nin ictimai-siyasi proqramlar departamentinin müdiri işləyib. Həmçinin AzTV-nin İnformasiya studiyasının direktor müavini vəzifəsində çalışıb .

Картинки по запросу vəli əkbər

Vəli Əkbər həmçinin “Türkel” və “Region TV”-nin Xəbər Departamentinin rəhbəri vəzifəsində çalışıb. Son iş yeri Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də İnformasiya studiyasının direktor müavini olub. Vəli Əkbər təcrübəli və peşakar jurnalist olaraq çalışdığı kollektivdə hər zaman gənclərlə öz bilik və bacaraqlarını bölüşüb.