Tanınmış jurnalistə vəzifə verildi

ANS telekanalından tanıdığımız jurnalist Rüstəm Əbülfətoğluna yeni vəzifə verilib.

XALQ.AZ-ın əldə etdiyi məlumata görə, R. Əbülfətoğlu Medianın İnkişafı Agentliyində (MEDİA) təyinat alıb.

Jurnalistə Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru vəzifəsi həvalə olunub.

Rüstəm Əbülfətoğlu ötən gün MEDİA-nın təşkilatçılığı ilə həyata keçirilən jurnalistlərin Ağdam səfərinə idarəçi kimi qatılıb.

Xatırladaq ki, jurnalist bundan öncə müxtəlif illərdə ANS, “Space” və “Azad Azərbaycan” telekanallarında müxbir, teleaparıcı və baş redaktor vəzifələrində çalışıb. Bir müddət mətbuat sahəsindən uzaqlaşan jurnalist son təyinata qədər özəl şirkətdə çalışıb.