Tanınmış polis rəisinin gənc oğlu vəfat etdi

Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Mərdan Əliyevin gənc oğlu vəfat edib.

XALQ.AZ-ın verdiyi xəbərə görə, M.Əliyevin 30 yaşlı oğlu insult keçirib və xəstəxanaya yerləşdirilsə də, vəfat edib. 

Qeyd edək ki, Mərdan Əliyev bundan öncə Sumqayıt Şəhər YPX-nin komandiri olub.

XALQ.AZ