Tanınmış rəqqasə fahişəliyə görə mühakimə edilir

F

Rusiyanın tanınmış rəqqasəsi Anastasiya Voloçkovanın hüquq-mühafizə orqanları ilə bağlı problemi yaranıb.

Xalq.az-ın məlumatına görə, Moskva şəhərinin Şukino rayonunun polis şöbəsinə vəkil S.B.Jorin tərəfindən daxil olan ərizədə Anastasiya Voloçkovanın fahişəliklə məşğul olduğu bildirilir.

Vəkil iddia edir ki, rəqqasə telefon söhbətində pul əvəzinə seksual xidmət təklif edib. Polis şöbəsindən verilən məlumata görə, bu, inzibati qanun pozuculuğu sayılır və rəqqasəyə qarşı iri məbləğdə pul cəriməsi kəsilə bilər.

38 yaşlı Voloçkova hazırda duldur. Onun biznesmen İqor Vdovinlə nikahdan Arinada adlı 8 yaşlı qızı var. Məhkəmə onu analıq hüququndan da məhrum edə bilər.