Tanınmış təhsil eksperti də deputat olmaq istəyir

Tanınmış təhsil eksperti Etibar Əliyev də deputatlığa namizədliyini irəli sürüb.

XALQ.AZ xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

Etibar Əliyev namizədliyini verəcəyi dairənin də adını açıqlayıb:“31 saylı Suraxanı 2-ci seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm. Azərbaycan təhslini və elmini parlamentdə layiqli təmsil etmək üçün bunu etdim. Bir də kənardan gəlib burdan mandat aparanlardan fərqli olaraq, artıq 30 ildir ki, bu dairənin ərazisində yaşayıram və buraların problemlərini çox gözəl bilirəm”.

XALQ.AZ