Tanınmış teleaparıcı əməkdar artistin qızı çıxdı

Solmaz

Xəzər telekanalında yayımlanan “5-də 5″ verilişinin qonaqı əməkdar artist Şamil Süleymanov olub

XALQ.AZ xəbər verir ki,əməkdar artist verilişin aparıcısı Zaur Kamalın,”oğul anasını niyə daha çox istəyir” sualına verdiyi cavabı ilə hərkəsi təəccübləndirib.

“Artıq qocalmışam. Unutmuşam atamı yoxsa anamı çox istəmişəm. Bu sual heç vaxt mənə çatmayıb. Onu balaca uşaqlara verərlər. Mən artıq qocalmışam. Hacı adamam. Qaldı sizin sualınıza, ona belə cavab verərdim:

“Kötək cənnətdən gəlsə də, anadan kötək yemirik, atadan yeyirik. Ona görə də oğul övladı ananı çox istəyir. Mənim bir övladım var. O anasının yanında deyə bilmədiyi bütün sözləri mənə deyir. Bizdə hərşey tərsinədir. Bəzən həyat yoldaşım mənə deyir ki, evə qonaq gələndə qızımız səndən danışanda xəcalət çəkirəm. Elə bil sənin yaxın dostundur. Mənim qızımı artıq respublikada hamı tanıyır. Özümə söz vermişdim ki,qızım böyüyəndə anamın davamçısı olsun, ədəbiyyat müəlliməsi işləsin. Kim olur olsun, sənət adamı olmasın. Amma arzum ürəyimdə qaldı. Moskvada  təhsilini aldı. Nə qədər döydüm, öldürdüm istədiyindən əl çəkmədi. Əvvəl şair oldu, kitab buraxdı, sonra aparıcılıq etdi. Hal-hazırda isə kinoya çəkilir. “Zəif Bənd” verilişinin aparıcısı Solmaz Süleymanlı mənim qızımdır. Aparıcılıq çox çətin sənətdir. İstəmirdim Solmaz sənət adamı olsun, amma oldu. Biz övladlar zalım oluruq”.