Tanınmış teleaparıcıya nazirlikdə vəzifə verildi

Tanınmış teleaparıcı, jurnalist Günel Bəhramqızı yeni vəzifəyə təyinat alıb.

XALQ.AZ-ın məlumatına görə, bu barədə G.Bəhramqızı özü məlumat verib.

“Dostlar və həmkarlar! Artıq fəaliyyətimi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorunun müdiri olaraq davam etdirəcəm. Təmsil etdiyim qurumun fəaliyyəti ilə bağlı suallarınız olarsa məmnuniyyətlə cavablandırmağa hazırıq! Sizi əməkdaşlığa dəvət edir, göstərəcəyiniz dəstək üçün təşəkkür edirəm!”