Tanınmış teleaparıcıya vəzifə verildi

Tanınmış teleaparıcı Vamiq Nəsirova vəzifə verildi.

XALQ.AZ xəbər verir ki, Milli Antidopinq Agentliyinin (AMADA) Media və Kommunikasiya şöbəsinin müdiri vəzifəsinə təyinat olub. Bu vəzifəyə Vamiq Nəsirov təyin edilib. Vamiq Nəsirov təyinatı ilə bağlı sosial şəbəkə hesabında yazaraq məlumat verib:

“Bu gündən Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Media və Kommunikasiya şöbəsinin müdiri vəzifəsində işə başladım. Mənə göstərilən bu etimad üzərimə həm də böyük məsuliyyət qoyur. Siz dəyərli dostlarımın dəstəyi ilə bu məsuliyyətin öhdəsindən layiqincə gələcəyimə inanıram”.