Tanınmış telejurnalistə vəzifə verildi

Tanınmış telejurnalist Vaqif Aydınoğlu Azərişıq ASC-də mətbuat xidmətinin rəisi vəzifəsinə təyin olunub.

XALQ.AZ xəbər verir ki, bu barədə V.Aydınoğlu sosial şəbəkə hesabında qeyd edib.

Mətbuat xidmətinin keçmiş rəhbəri Tanrıverdi Mustafayev isə Azərişıq ASC-də sədrin müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, V.Aydınoğlu bundan əvvəl ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru olub.