Tanrıverdi Mustafayev ölkə başçısı tərəfindən təltif edilib

Prezident İlham Əliyev Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, təltif edilənlər arasında “Azərişığ”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də var.

Qeyd edək ki, Tanrıverdi Mustafayev 1962-cı il yanvarın 4-də Qərbi Azərbaycanın Gölkənd kəndində anadan olub. 1987-ci ilin oktyabrında Moldova EA-nın Ekoloji Genetika İnstitutunun aspiranturasına daxil olub. 1991-ci ildə aspiranturanı bitirib və biologiya elmləri namizədi elmi dərəcəsi alıb. 1997-ci ildə Moldova prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində nümayəndə heyəti ilə birlikdə ölkəmizə gəlib və Heydər Əliyevlə görüşüb. 1998-ci ildə Moldova-Türkiyə hökumətlərarası iqtisadi, mədəni, elmi əlaqələr komissiyasının üzvü olub. 2001-ci ilin noyabrına qədər həmin vəzifədə çalışıb.

2001-ci ilin noyabrında Moldova nümayəndə heyəti tərkibində Dünya Azərbaycanlılarının I Qurultayında iştirak edib. 2002-ci ilin əvvəlində yenidən Moldovadan Azərbaycana gəlib.

2002-ci ilin fevral ayından  “Barmek” Azərbaycan Elektrik Şəbəkəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub.

Hazırda  da “Azərişığ”ın mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edir.

 

 

Orxan