Tarkanla həyat yoldaşından yeni – FOTO

Konsert üçün Monakoya gedən məşhur müğənni Tarkan səhnədən öncə həyat yoldaşı ilə gəzinti edib. 

XALQ.AZ xəbər verir ki, həm konsert verən, həm də tətil edən Tarkan Monakoda çəkdirdiyi fotoları sosial mediada paylaşıb. Uzun müddətdir birlikdə fotolarını paylaşmayan cütlüyün romantik pozları izləyiciləri tərəfindən maraqla qarşılanıb.

Tarkan və Pınar Tevetoğlunun 2018-ci ilin iyul ayında ilk övladları Liya dünyaya gəlib. Onların “uşaqları çox sevirik, ikinci dəfə bu həyəcanı yaşamaq elə də uzaqda deyil” fikirləri diqqət çəkmişdi. Hətta fanatları Pınarın hamilə olduğu barədə iddialar edib. Cütlüyün bu dəfə də oğul sahibi olacağı barədə fikirlər önə çəkilib. Lakin yayılan şayiələr barədə Tarkan və Pınardan heç bir açıqlama gəlməyib.

XALQ.AZ