Tbilisidə Saakaşvilinin həbsi tələb edildi

12

 

Gürcüstan parlamentinin Tbilisinin mərkəzindəki keçmiş binasının qarşısında eks-prezident Mixail Saakaşvilinin məhkəməyə verilməsi tələbi ilə aksiya keçirilib. Modern.az saytı gürcü KİV-lərinə istinadən bildirir ki, “Vətəndaş fəallığı” ictimai klubunun dəstəyi ilə gənclərin iştirak etdiyi aksiyada 100-ə yaxın iştirakçı olub. Onların əllərində “Repressiya qurbanlarını unutmayın!”, “Biz 7 noyabrı xatırlayırıq!”, “Qırmızı terror!”, “26 may yadımızdadır!” yazılan plakatlar olub. Aksiya iştirakçıları Saakaşvilini və onun ətrafını gürcü xalqına qarşı cinayətlərdə də ittiham ediblər.
Xatırladaq ki, Saakaşvili oktyabrın 30-da Brüsselə səfəri zamanı həbs olunacağından çəkindiyini bildirib: “Gürcüstanın baş naziri dəfələrlə mənə qarşı məhkəmə araşdırılması aparacağı ilə hədələyib. O, hətta bəyan edib ki, mən həbsxanada oturmalıyam. Bu, həqiqətdir”.