Teatrda tamaşa göstərilmir

 

 

 

15

İşçilərin adı var, özü yoxdu – maaşlarına da direktor sahib çıxır

“Ağdam Dram Teatrı adı olub, özü olmayan müəssisələrdəndir. Teatrda tamaşadan başqa nə desən nümayiş olunur”.

Məlumatda  bildirir ki, Dram Teatrı sözün əsl mənasında dramatik günlərini yaşayır: “Əsası 1923-cü ildə qoyulan teatrda bu gün sözün əsl mənasında cəngəllik q anunları hökm sürür. Demək olar ki, teatr yaradıcı müəssisə kimi yox, təsərrüfat müəssiəsi kimi fəaliyyət göstərir. Burada onlarla işçinin çalışdığı rəsmiləşsə də, faktiki olaraq bir neçə nəfər daimi olaraq işə gəlib-gedir. İşə gələnlərlə də direktor Fəxrəddin Hacıbəyli olduqca kobud davranır. Onların yaradıcılıq stimulunu heçə endirir. Açıq şəkildə deyir ki, mənim arxam güclüdür, bura mənim şəxsi obyektimdir, nə istəsəm edərəm. Deyəsən direktorun söylədiklərində həqiqət də var. Onun qanunsuz fəaliyyəti ilə bağlı müvafiq qurumlara, o cümlədən Ağdam rayon İcra Hakimiyyətinə çoxsaylı müraciətlər etsək də, nəticəsi olmur. Bu gün Ağdam Dram Teatrında onlarla işçinin çalışdığı deyilsə də, əslində teatra gəlib-gedənlərin sayı bir neçə nəfərdən o yana keçmir. Onların da maaşlarına direktor Fəxrəddin Hacıbəyli sahib çıxır. Direktor təyinatına qədər təxminən 2-3 min dollarlıq avtomobil sürən Fəxrəddin Hacıbəyli hazırda bahalı “Mercedess” idarə edir. Həftənin əksər günlərini Bakıda olub, bahalı yerlərdə dincəlir. Ulu Öndərin də söylədiyi kimi, mədəniyyət ocağı mədəniyyət xadimlərinə aid olmalıdır, daha kimlərsə incəsənətə ayrılan vəsaitə sahib çıxıb, mədəni dəyərləri bərbad günə salmamalıdır”.

nbsp;


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.