Teledərslər bayram günlərində də yayımlanacaq – Nazirlik

“Mədəniyyət” kanalında yayımlanan teledərslər mayın 23-dən 30-dək olan bayram günlərində də yayımlanacaq.

Bunu XALQ.AZ-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, teledərslərin sonuncu buraxılışı iyunun 12-də efirə gedəcək.

O, müəyyən olunan müddətdə proqramın tam əhatə olunacağını da söyləyib.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq, martın 3-dən ölkənin bütün təhsil müəssisələrində təlim-tədris dayandırılıb. Bu məqsədlə 11 mart tarixindən etibarən televiziya vasitəsilə teledərslər layihəsi adı altında dərslərə start verilib.