Telejurnalist Bəturə Nəbiyevaya ağır itki üz verdi

Tanınmış jurnalist, “Space” telekanalının əməkdaşı Bəturə Nəbiyevanın ailəsinə ağır itki üz verib.

XALQ.AZ-ın məlumatına görə, Bəturə Nəbiyevanın həyat yoldaşı Nəriman Mustafayev dünyasını dəyişib.

Moskvada yaşayan mərhum Nəriman Mustafayev dekabrın 9-u qəfil insult keçirməsindən vəfat edib.

Mərhumun cənazəsi  ölkəyə gətirilərək, bu gün torpağa tapşırılıb.

Qeyd edək ki, mərhumun 3-7 yas mərasimi “Montin bazarı” yaxınlığında yerləşən “Lalə” mərasim evində keçiriləcək.

XALQ.AZ