Teymur əminin dəfninin görüntüləri yayıldı – VİDEO

Xəbər verdiyimiz kimi, koronavirusdan vəfat edən Xalq artisti Teymur Mustafayev bu gün Cəlilabad rayonunda dəfn olunub. Sosial şəbəkələrdə mərhumun dəfn mərasimindən paylaşılan fotoda 10-dan çox şəxsin iştirak etdiyi görünür. Sözügedən mənzərə müzakirələrə səbəb olub.

XALQ.AZ xəbər verir ki, Əməkdar artist Yusif Mustafayev açıqlamasında bildirib ki, dəfndə sosial məsafəyə diqqət edilib, çox adam yox, hardasa 50 nəfər iştirak edib. 

Y. Mustafayev koronavirusdan dünyasını dəyişən xanəndənin ənənəvi qaydada dəfn edildiyini söyləyib:

“Heç yas mərasimi olmadı, ancaq dəfn etdik, evə gəldik. Torpağa tapşırılması da ənənəvi qaydada oldu. Bizə belə dedilər. Molla dua oxudu, dəfn etdik. Yasda məndən başqa heç bir incəsənət üzvü iştirak etmədi”.

XALQ.AZ