Tofiq Yaqublu azadlığa çıxdı

Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü, Qarabağ qazisi Tofiq Yaqublu barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb.

XALQ.AZ xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyilə keçirilən iclasda T.Yaqublunun vəsatəti təmin edilib.