İcra başçısı vəzifəsindən azad olundu

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Şımkent meri Qabidulla Əbdürrəhimovu Londonda çəkdiyi videosuna görə vəzifəsindən azad edib.

XALQ.AZ  xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Əbdürrəhimov İnstaqramda paylaşdığı videosunda Londonu dünyanın paytaxtı adlandıraraq “Qazaxıstanda yaşayıb-işləyəsən, ancaq bütün planeti gəzəsən” deyib. İcra başçısının bu sözləri izləyicilərin kəskin etirazına səbəb olub. Əbdürrəhimov yaltaqlıqda ittiham olunub.

Prezident administrasiyası meri etimadı doğrultmadığı üçün işdən azad etdiyini açıqlayıb. Həmçinin, məmurlara xalqın əsl xidmətçisi olmaq və buna uyğun davranmaq tapşırılıb.

 

Orxan

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/