Tolik vəzifəyə təyin olundu

Tanınmış prodüser Tarix Əliyevə (Tolik) “Xəzər” telekanalında vəzifə verilib.

Bu barədə XALQ.AZ -a “Xəzər” TV-dən məlumat verilib.Belə ki, Tolik bundan sonra həftəiçi hər gün yayımlanan səhər proqramı “Hər şey daxil”in layihə rəhbəri və aparıcısı olacaq.

Qərar bu gün kanal daxilində keçirilən iclasda qəbul edilib.

Qeyd edək ki, Sevil-Sevinc Səfərovalar da verilişdə aparıcılıq missiyasını davam etdirəcəklər.

Məlumat üçün bildirək ki, Tolik “Lider” TV-i ilə yollarını yeni ayırıb.