Topçubaşov xəstəxanasında rüşvət

7

 

Heydər Əliyev fondu tərəfindən köməklik göstərilən 1 yaşlı Elacanı ürəyindən əməliyyat etmək üçün 2000 manat rüşvət tələb olunur,

Ölkənin birinci xanımının qayğısını vətəndaşlara əsirgəyən Topçubaşov xəstəxanası

 

Ölkə başçısı cənab İlham Əliyevin sahəsidə respublikamızın bütün sahələri ikişaf edir,və ölkəmiz regionda lider bir ölkəyə çevrilib. Azərbaycanda bütün sahələrdə inkişaf olduğu kimi səhiyyəmizdə inkişaf mərhələsini yaşayır. Xüsusi ilə bölgələrdə səhiyyə ocaqlarının yenidən qurulması,müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunması, regionlarda müasir diaqnoz mərkəzlərinin fəaliyyəti buna subutdur. Qeyd edək ki, elə paytaxtımızda da bir sıra tibb müəssələri təmir olunaraq vətəndaşlarımızın istifadəsinə verilmişdir.   Belə ki, Heydər Əliyev fondunun rəhbəri,  millət vəkili Mehriban xanım Əliyevanında bu təşəbbüsü ilə bır sıra işlər görülmüşdür. Xüsəsən Talassemiyalı uşaqlar üçün  və bir sıra reabelitasiya mərkəzlərinin inşası və fəaliyyəti həyata keçirilib. Mehriban xanım Əliyeva hər zaman qayğıya və müalicəyə eytiyacı olan uşaqlara müalicəsi üçün lazimi tədbirlərin görülməsini təmin edir. Xüsusilə də körpələrin dövlət hesabına müayinə və müalicə olunmasına göstərdiyi qayğı və diqqət hamıya məlumdur. Lakin təəssüflə qeyd edirik ki, bəzən bəzi həkimlərin səhlənkarlığı və tamahı ucbatından bu steoratip pozulur. Xalq.az-a xəbər verir ki , Ağdam rayon Üçoğlan Ərazi Nümayəndəliyinin Ballar kənd sakini Allahverdiyev Zahid Sahib oğlu tərəfindən ünvanlanmış şikayət ərizəsində də bu məqam xüsusi olaraq hiss olunur. Vətəndaş Allahverdiyevin 1 yaşlı oğlu Elcan anadangəlmə ürək qüsuru ilə yaşayır. Ürəyin sol mədəciyində bir neçə dəliklə bu günlərə qədər əziyyət çəkən körpə Elcanın ailəsi Heydər Əliyev fondunun Prezidenti, xanım Mehriban Əliyevaya müraciət etdikdən sonra onlara dövlət hesabına müayinə və müalicə göstəriləcəyi bildirilsə də, rəsmi olaraq bu işin yönəldildiyi Topçubaşov adına xəstəxana müxtəlif bəhanələrlə cərrahiyyə əməliyyatından yayınır. Şikayətçi bildirir ki, oğlu Elcanın tam müalicəsi üçün dövlət büdcəsindən xəstəxanaya 8500 (səkkiz min beş yüz) manat vəsait köçürülüb. Lakin həkimlər əlavə olaraq ondan 2 min manat pul tələb edirlər. Fəhləliklə ailəsini dolandıran Z. Allahverdiyev bu pulu düzəldə bilmədiyindən onu 4-5 aydır get-gələ salırlar. Hər dəfə rayondan Bakıya ümidlə gələn ataya həkimlər 200-300 manatlıq müalicə resepti  yazaraq yola salırlar. Bəhanə edirlər ki, uşağın təzyiqi yüksək olduğundan onu cərrahiyyə əməliyyatına salmaq olmaz. Maraqlısı isə budur ki, balaca Elcanın təzyiqinin həkim nəzarətində stabil saxlanılmasını xəstəxana təmin etmək istəmir. Şikayətçi Allahverdiyev iddia edir ki, o, tələb olunan 2 min manatı düzəldib həkimlərə vermiş olsaydı, indi oğlunun təzyiqi də qaydasında olacaqdı, oğlunun əməliyyatı da baş tutacaqdı.Məsələyə qarşı tərəfin münasibətini öyrənmək üçün Topşubaşov adına xəstəxanın həkimi, Elcana diaqnoz qoyan Elnur İmanova zəng vurduq. Məlum oldu ki, bu ərəfədə o, həcc  ziyarətindədir. Bundan sonra suallarımızı Elcanı müayinə edən Faiq adlı həkimə ünvanladıq. O, şikayətçinin iddialarının əsassız olduğunu bildirərək əlavə etdi ki, Allahverdiyevlərdən heç kim əlavə pul tələb etməyib. Lakin o, uşağın aylardır hansı səbəbdən həkim nəzarətində müalicə olunmadığının izahınıı verə bilmədi.Reportyortv.com
Mövzu diqqətimizdədir.

 

66