“Torpaq payı olanlar bu yardımı ala bilməyəcəklər”

Hökumətin yardım paketini yüksək qiymətləndirir, alqışlayıram. Lakin işsiz olan şəxslərə birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərarda bəzi nüansları qüsurlu hesab edirəm. Məsələn, istifadəsində kənd təsərrüfatına yararlı torpaq payı olanlar bu yardımı ala bilməyəcəklər. Bir daha deyirəm, bu, doğru yanaşma deyil!

XALQ.AZ xəbər verir ki, bunu Biləsuvardan seçilən millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Axı başa düşmək lazımdır, adamın istifadəsində lap 50 sot torpaq var, bu adam karantində necə dolansın? Çörəyini orda-burda fəhləlikdən çıxaran adam 1 aya 50 sot torpaqda nə əkib becərə bilər ki, dolansın? Mən buradan (Fb-dən) Hökumətə açıq formada müraciət edirəm və bir daha qeyd etmək istəyirəm ki, dövlətin işsizlərə yönəlik güzəşt paketi karantin dövrünə hesablanıb və çox xahiş edirəm, xüsusən Biləsuvar kimi kənd təsərrüfatı rayonlarına münasibətdə bu yanaşma təcili dəyişsin“-deyə, o, əlavə edib.