Tovuz, Qazax və Ağstafa rayonlarında səsvermə tam demokratik keçirilib

 

8

Ölkənin qərb bölgəsinin Tovuz, Qazax və Ağstafa rayonlarında prezident seçkiləri yüksək fəallıq şəraitində yekunlaşmışdır.
Bölgənin əhatə etdiyi seçki dairələri dairə seçki komissiyalarından AzərTAc-a verilən məlumata görə, 105 saylı Tovuz seçki dairəsi üzrə 40 seçki məntəqəsində səsvermədə iştirak etməli olan 43 min 414 seçicinin 30814 nəfəri (71,6 faiz), 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin əhatə etdiyi 39 seçki məntəqəsində səsvermədə iştirak etməli olan 48 min 700 seçicinin 34363-ü (70,5 faiz), 107 saylı Qazax seçki dairəsi dairə seçki komissiyasının tərkibindəki 38 seçki məntəqəsində səsvermədə iştirak etməli olan 45 min 699 seçicinin 31695-i (69,3 faiz), 108 saylı Ağstafa seçki dairəsi üzrə 41 seçki məntəqəsində səsvermədə iştirak etməli olan 43 min 364 seçicinin 31705 nəfəri (73,1 faiz) səsvermədə iştirak etmişdir.
Dairə seçki komissiyalarından verilən məlumata görə, seçkilərdə heç bir qanun pozuntusu qeydə alınmamışdır. Seçkilərin gedişi yerli müşahidəçilərlə yanaşı, xarici müşahidəçilər tərəfindən də izlənilmişdir.