Tovuzda iki hərbçimiz yanaraq kül oldu

55

 

Tovuz rayonunda dəhşətli yol qəzası baş verib. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Tovuz rayonu, Aşağı Ayıblı kəndində “Ford” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Toqquşma nəticəsində yanğın baş verib, minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın kəşfiyyatı zamanı “Mercedes” avtomobilində olan sürücünün və sərnişinin meyiti aşkar olunub. Hələlik onların şəxsiyyəti məlum deyil. Lakin ölənlərin hər ikisinin hərbçi olması dəqiqləşdirilib. Digər avtomobil yanğından mühafizə olunub.