Tovuzda kartof yığımı davam edir

98

Rayon statistika idarəsindən bildiriblər ki, rayonun kartofçuluqla məşğul olan sahibkarları 8 min 178 hektar sahədə bol məhsul yetişdiriblər.İndiyədək fermerlər sahələrdən 233 min 564 ton məhsul yığıblar. Yığılan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 1884 ton çoxdur.Hektardan orta məhsuldarlıq 285,6 sentner təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 artıqdır.

 Rayonun ucqar dağ kəndlərində kartof yığımı davam edir.