Tovuzluların seçimi İlham Əliyevdir

04

 

Qənirə Paşayeva: “İnanıram ki, tovuzlular yenə düzgün seçim edəcək”

 

Millət vəkili Tovuzda seçicilərlə görüşübMillət vəkili Qənirə Paşayeva YAP Siyasi Şurasının üzvü Rafiq Məmmədhəsənovla birgə Tovuz rayonunda seçicilərlə görüşüb. Simsar.az xəbər veririr ki, bu barədə Q.Paşayevanın öz facebook profilində məlumat yayıb. “Millət vəkili həmkarım, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Rafiq Məmmədhəsənovla birlikdə prezident seçkiləri kampaniyası ilə bağlı millət vəkili seçildiyimiz Tovuz rayonunda tədbirlərdə iştirak etdik və seçicilərlə görüşdük. Görüş zamanı Prezident cənab İlham Əliyevin 10 ildə apardığı uğurlu siyasət, gördüyü böyük işlər, ölkəmizin əldə etdiyi çoxlu sayda uğurlar barədə, əslində hamımızın bildiyi həqiqətləri bir daha vurğuladıq. İnanırıq ki, Tovuz seçiciləri seçkilərdə fəal iştirak edəcək və hər zaman olduğu kimi doğru seçim edəcəklər” – Q.Paşayeva belə yazıb.