Tovuzun Dondar Quşçu kəndi atəşə tutuldu-Rəsmi

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini D-30 topundan atəşə tutub.

Bu barədə XALQ.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

Düşmənin bütün təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.