“Toy gecəsi”ndə ağlagəlməz olay

02

 

Böyük tamaşaçı auditoriyasının rəğbətini qazanmış, hər yeni bölümünün yayımı səbirsizliklə gözlənilən “Toy gecəsi” bədii televiziya serialının 7-ci seriyasında da bir sıra yaddaqalan hadisələr baş verir.

Təcridxanada Cəlillə görüşə bilməyən Zərifəylə Aygün arasında yaranan gərginlik böyük bir mübahisəyə çevrilir. “Bir də heç vaxt əmim Aslanla arama girmə!” deyən Aygün baş verən bütün hadisələrdə anasını ittiham edir. Tanınmış sənətçi Namiq Qaraçuxurlunun canlandırdığı Murad köməkçisi Zaurun yeni fabrikin tikintisi üçün təklif etdiyi ərazini almaqdan imtina edir. Məhz bundan sonra tamaşaçını heyrətə salacaq hadisələr cərəyan etməyə başlayır. Fuad Qəhrəmanovla Cahanın görüşü isə 7-ci bölümün ən dramatik epizodlarından biridir. Məhz bu bölümdə Fuadla Cahan arasında hansısa sirli bir əlaqənin olduğu bəlli olur.

Və… Aslan təcridxanadan xəstəxanaya aparılan Cəlillə palatada görüşmək imkanı qazanır. Bu zaman iki qardaş arasında ən gözlənilməz, ağlagəlməz hadisə baş verir. Nəhayət ki, Aslan…

Bütün bu hadisələrin necə cərəyan etdiyini bilmək istəyirsinizsə, bu gün axşam saat 19.00-da ATV kanalında yayımlanacaq “Toy gecəsi” bədii televiziya serialının 7-ci bölümünü mütləq izləyin!