Toy karvanında bəy-gəlin maşınını vurdular (VİDEO)

Bəy-gəlini müşaiyyət edən toy karvanlarında təhlükəli manevrlər edən sürücülərin əməlləri bəzən xoşagəlməz hallara gətirib çıxarır.

XALQ.AZ xəbər verir ki, Avtosfer.az saytının təqdim etdiyi videoda əksini tapan daha bir hadisə paytaxt Bakıda qeydə alınıb.

Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınmış bu görüntülərdə sürücülərin səhlənkarlığı və diqqətsizliyinin şahidi oluruq. Baş Dövlət Yol Polisi İdarəsindən əldə etdiyimiz bu videodan da görünür ki, yüksək sürətlə hərəkətdə olan toy karvanını müşaiyət edən avtomobillər qəflətən bəy-gəlin maşınını sıxmağa başlayır. Bu zaman bəy-gəlin maşınının azca tormozlaması 4 avtomobilin toqquşmasına səbəb olur. Toy karvanında olan 3 avtomobil eyni vaxtda bəylə gəlinin olduğu “Toyota” Lande Gruiser markalı avtomobilə çırpılır.