Toydan öncə intim əlaqə zamanı faciə

Bakıda sevgililər qarajda boğularaq ölüb.

XALQ.AZ xəbər verir ki, hadisə Yasamal rayonu, Mirəli Seyidov küçəsində baş verib.

Belə ki, ötən gecə beşmərtəbli binanın həyətində yerləşən qarajdakı “Nissan” markalı avtomobildə 1997-ci il təvəllüdlü K.Ə. 1990-cı il təvəllüdlü E. Z-un meyiti tapılıb.

Avtomobil K.Ə-ya məxsus olub.

Meyitlər tapılarkən avtomobilin kondisoneri işlək vəziyyətdə olub, cütlülk də məhz maşının qazından ölüb.

Hadisə yerinə Yasamal Rayon Prokurorluğu və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Ehtimala görə onlar sevgili olub və boğulma hadisəsi intim əlaqədən sonra baş verib.

Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, sentyabrın 7-də E.Zeynalovun toy mərasimi olacaqdı.

Bakıda intim əlaqədə olan cütlük qarajda öldü - Oğlanın toyu olacaqdı... - FOTO

 

 

Orxan