TQDK-sı iclas keçirib

55

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Kollegiyasının (TQDK) növbəti iclası keçirilib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda “Təhsil müəssisələrində təhsil alanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması və təhsil alanların biliyinin yenidən qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərar layihəsi, “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında İT-infrastrukturunun domenlərinin inkişafının reallaşdırılması üzrə tövsiyələr”, Dünya Bankının Eksperti M. Klarkın “Təhsilalanların biliyinin qiymətləndirilməsi sistemlərində ən əsası nədir: əsas istiqamətlər” adlı hesabatları müzakirə olunub.

Kollegiya iclasına üzvlərdən başqa bir sıra mütəxəssislər də iştirak edib.

Qeyd edək ki, TQDK Kollegiyasının ilk iclası noyabrın 12-də keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.