“Traktor”un prezidenti istefa verdi

İranın “Traktor” klubunda növbəti istefa gerçəkləşib.

XALQ.AZ-ın xəbərinə görə, Təbriz təmsilçisinin prezidenti Qulamreza Sadegiyan postundan ayrılıb.

O, istefasını kənar müdaxilələrin olması ilə əlaqələndirib.

Qeyd edək ki, ondan 3 gün öncə komandanın türkiyəli baş məşqçisi Mustafa Dənizli də istefa verərək, vətəninə dönüb.