Tramp köməkçisini qovdu

ABŞ Prezidenti Donald Tramp verdiyi müsahibə zamanı öskürən köməkçisini “Oval kabinet”dən (ABŞ Prezidentinin iş otağı – red.) qovub.

XALQ.AZ xəbər verir ki, bu barədə “Fox News” məlumat verir.

D.Tramp ABC telekanalının jurnalisti vergi bəyannamələri haqqında sual verərkən prezidentin köməkçisi öskürməyə başlayıb. Dövlət başçısı ondan otağı tərk etməsini və arxasınca qapını bağlamasını xahiş edib.

“Gəlin, yenidən yazaq, köməkçim cavabımın ortasında öskürməyə başladı axı”, – deyə D.Tramp köməkçisinin otağı tərk etməsindən sonra bildirib.