Tramp koronavirusla qripi müqayisə etdi

ABŞ prezidenti Donald Tramp dünyada koronavirusa həddən artıq reaksiya verilməsinə eyham vuraraq, onu adi qrip epidemiyası ilə müqayisə edib.

XALQ.AZ xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Twitter”dəki səhifəsində yazıb:

“Beləliklə, ötən il 37 min amerikalı adi qripdən öldü. İldə orta hesabla  27 mindən 70 min insana qədər təşkil edir. Heç nə bağlanmır, həyat və iqtisadiyyat davam edir.

Hazırda xəstəliyə 546 yoluxma halı təsdiqlənib, onlardan 22-i ölümlə nəticələnib. Bu barədə düşünün!”.

Rəsmi məlumata görə, hazırda ABŞ ərazisində 560 nəfər koronavirusa yoluxub. Birləşmiş Ştatlarda 22 nəfər koronavirusun qurbanı olub.