Tramp Meksikanı hədələyib

ABŞ prezidenti Donald Tramp Meksikadan narkotik və qeyri-leqal miqrant axınını dayandırmaq üçün tədbirlər görməyi tələb edib, əks halda Şimali Amerika Azad Ticarət Zonası haqqında sazişin (NAFTA) sona çatacağını bəyan edib.

XALQ,AZ xəbər verir ki, D.Tramp “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Meksika qeyri-qanuni miqrantların öncə cənub sərhədlərindən bu ölkəyə daxil olmasının, daha sonra isə ABŞ-a keçməsinin qarşısını almaq üçün çox az iş görür, yaxud heç bir iş görmür.

D. Tramp Meksikanın ABŞ-ın “axmaq miqrasiya qanunvericiliyi”nə güldüyünü vurğulayıb:

“Meksika bu böyük narkotik və qeyri-qanuni miqrant axınının qarşısını almalıdır. Ya da mən NAFTA-ya son qoyacam. Divar hörmək lazımdır”.

Qeyd edək ki, Kanada, ABŞ və Meksika Şimali Amerika Azad Ticarət Zonası haqqında saziş 1992-ci ildə imzalanıb və 1994-cü ildə qüvvəyə minib.

 

Elgün