Tramp növbəti prezident seçkilərində qalib gələcəyinə tamamilə əmindir

ABŞ Prezidenti Donald Tramp bir il sonra – 2020-ci ilin 3 noyabr tarixində keçiriləcək prezident seçkilərində qələbə qazanacağına tamamilə əmindir.

XALQ.AZ xəbər verir ki, bunu D.Tramp Ağ Evdə jurnalistlərlə görüşü zamanı bildirib.

Dövlət başçısından ikinci müddətə yenidən seçilə biləcəyinə əmin olub-olmadığı barədə sual veriblər. D.Tramp isə tamamilə əmin olduğunu bildirib: “Mən tamamilə əminəm. Sorğulara görə hər şey çox yaxşıdır”.

D.Tramp insanların impiçment haqqında eşitmək istəmədiyini deyib: “İnsanlar impiçment barədə eşitmək istəmirlər. İmpiçment haqqında danışmaq istəyən yalnız yalançı KİV-lər və əsasən bu KİV-lərə işləyən demokratlardır”.