Trampı kim əvəz edəcək?

Koronavirusa yoluxan Donald Trampın səhhəti pisləşərsə, onun vəzifəsini vitse-prezident Mayk Pens icra edəcək.

XALQ.AZ məluamta verir ki, bu barədə “The Telegraph” xəbər yayıb.

Jurnalistlərin məlumatına görə, Tramp bir neçə faktora görə koronavirusu ağır keçirmə riski altındadır.

Birincisi, onun köklüyüdür – Ağ Ev rəhbərinin 110 kq çəkidə olduğu bildirilir, ikincisi isə onun 74 yaşında olmasıdır.