Trampı öldürənə 3 milyon dollar vəd edildi

İranın millət vəkili Əhməd Hamzeh ABŞ prezidenti Donald Trampı öldürənə 3 milyon dollar mükafat vəd edib.

XALQ.AZ BBC-yə istinadən xəbər verir ki, deputat parlamentdəki çıxışı zamanı belə deyib. O bildirib:

“Kirman vilayəti adına Trampı öldürənə 3 milyon dollar nəğd pul verəcəyik”.

Deputat bu qərarın dini liderlər tərəfindən qəbul olunub-olunmadığına dair açıqlama verməyib.

Qeyd edək ki, ABŞ ordusu tərəfindən Bağdadda öldürülən iranlı general Qasım Süleymani Kirman şəhərində anadan olub.