Trampın malikanəsi satılır – FOTO

ABŞ prezidenti Donald Trampa və onun sabiq xanımı İvanaya məxsus malikanə yenidən satışa çıxarılıb.

XALQ,AZ xəbər verir ki, Konnektikut ştatındakı Qrinviç şəhərində yerləşən malikanənin ilkin satış qiyməti 45 milyon dollardır.

1800 kvadrat metr sahəsi olan evdə 8 yataq otağı, 13 vanna otağı və 8 divar sobası var.

Malikanənin “həyət”ində qolf meydanı, hovuz, habelə kiçik liman var.

Donald Tramp və xanımı İvana bu malikanəni 1980-ci illərin əvvəllərində 4 milyon dollara almışdılar.

D.Trampla İvana 1992-ci ildə boşanıblar. İvana 1998-ci ildə bu malikanəni 15 milyon dollara Robert və Syuzann Ştaynberqlərə satmışdı.

 

Elgün