Trampın prezidentliyi ilə bağlı yeni iddialar

ABŞ xüsusi xidmət orqanları Rusiyanın ölkədəki seçkilərə müdaxiləsini sübut edən hesabatı prezident Barak Obamaya təqdim edib.

Xalq.az xəbər verir ki, “Wasington Post” qəzetinin məlumatına görə, hesabatda rus məmurlarının Trampın qələbəsi ilə bağlı bir-birini təbrik dən mesajları, həmçinin Demokrat partiyasının elektron məktublarının Wikileaks-a ötürülməsində istifadə olunan vasitəçilər barədə məlumat var.

Amerika xüsusi xidmət orqanlarının məlumatına görə, ilk olaraq ruslar “ABŞ-dakı seçkilərə etibarı sarsıtmaq” və “Hillari Klintonun qələbəsinin legitimliyini şübhə altına almağı planlaşdırırdılar”. Lakin Trampın rəqabət şanslarının tədricən artdığını görən Moskva müxtəlif yollarla özünə sərf edən namizədin qələbəsi üçün manipulasiyalara baş vurmağa başladı.

Bundan başqa, Hillari Klintonun nüfuzuna zərbə vurmaq üçün sosial mediada saxta məlumatlar yayılmağa başladı. Ekspertlər bunu Vladimir Putinin Klintona olan şəxsi qərəzindən qaynaqlandığını düşünürlər.