Tünzalə türkləri utandırdı

 

7

Əməkdar artist Tünzalə Ağayeva “Mohito” verilişində “TRT Müzik” kanalındakı fəaliyyətindən bəhs edib.

Axşam.az-ın məlumatına görə, müğənni orada ona göstərilən qayğıdan danışıb:

“TRT Müzik”də nazımı çəkirdilər. Orada hər bir aparıcıya xüsusi qulluq edilir. Gəlib soruşurlar ki, nə yemək istəyirsiniz, sizin üçün hazırlayıb gətirək. Mən isə həmişə smit istəyirdim. Deyirdilər, Tünzalə xanım bizi utandırırsınız. Deyəcəklər, bu boyda ulduza smit yedizdirirlər. Orada sənətkara diqqət, qayğı çox fərqlidir”.

Qeyd edək ki, T.Ağayeva adıçəkilən kanalda “Bir səsin cazibəsi” verilişinin aparıcısı olub.