Tünzalədən yeni mahnı

 

 

“ASAN Xidmət” könüllülərinin təşəbbüsü ilə vətənpərvərlik mövzusunda yeni mahnı hazırlanıb.

Məlumata görə, “Qarabağın səsi” adlı bəstənin musiqisi əməkdar artist Tünzalə Ağayevaya, sözləri isə Cəlal Qurbanova məxsusdur.

C.Qurbanov “Facebook” səhifəsində müharibə ilə bağlı fikirlərini yazaraq hər an döyüşə hazır olduğunu bildirib:

“Hər günümüz, hər anımız Şuşa, Xocalı, Xankəndi ilə bağlıdır. Şəhid əsgər və zabitlərimizin ailəsinə dərin hüznlə başsağlığı verirəm. Vətən sağ olsun, deyirik. İnşallah, cənab Prezidentimizin rəhbərliyi ilə Qarabağımızı düşmən tapdağından azad edəcəyik və qalibiyyət marşlarının sədaları altında üçrəngli bayrağımızı Xankəndidə ucaldacağıq.
Ey Türk oğlu!
Orada səni səsləyən var,
gözləyən var,
sənə ümid bəsləyən var.
Qalx ayağa!
Birdəfəlik de sözünü,
darda qalan Qarabağın qoyma yolda sən gözünü”.

Tünzalə Ağayevanın səsləndirdiyi həmin mahnını təqdim edirik.