Tural Gəncəliyev beynəlxalq konfransda erməni terrorundan danışdı

tural genceliyev yeni

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndəsi Tural Gəncəliyev ATƏT Parlament Assambleyası, Aralıq Dənizi ölkələri Parlament Assambleyası və BMT-nin Terrorla Mübarizə İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “COVID-19 pandemiyası dövründə terrorizm və radikal ekstremizmə qarşı mübarizə” mövzusunda keçirilən onlayn konfransda iştirak edib.

XALQ.AZ xəbər verir ki, icma rəhbəri çıxışında Azərbaycanın beynəlxalq səviyyədə terrorizmlə mübarizədə vacib ölkə olduğuna diqqət çəkərək həm də Azərbaycanın erməni terrorundan əziyyət çəkdiyini xüsusi qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri olan Tural Gəncəliyev, həm də Milli Məclisdə Xankəndi şəhərindən seçilmiş millət vəkili kimi Azərbaycanın AŞPA və ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvüdür.