Tural Gəncəliyev görüş keçirdi

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, bunu icma rəhbəri sosial şəbəkədəki hesabında yazıb.

O qeyd edib ki, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının üzləşdiyi problemlər haqqında Türkiyəli səfirə ətraflı məlumat verib.

Görüş zamanı icmanın gələcək fəaliyyəti və keçiriləcək tədbirlər haqqında fikir mübadiləsi aparılıb. T.Gəncəliyev Dağlıq Qarabağ münaqişəsində tutduğu prinsipial mövqe və göstərdiyi dəstəyə görə səfir E.Özoralın qismində Türkiyəyə dərin təşəkkürünü bildirib.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.