Tural Gəncəliyev görüş keçirdi

Bunu icma rəhbəri bildirib.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakla görüşüb.

XALQ.AZ xəbər verir ki, bunu icma rəhbəri bildirib.

“Bu gün Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının üzvləri ilə birgə ATƏT-in Fəaliyyətdə olan sədri cənab Miroslav Layçak ilə görüş keçirdim. Biz inanırıq ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hər iki icması Azərbaycanın beynəlxlalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində sülh şəraitində birgə mövcud olmalıdır”, -deyə T.Gəncəliyev vurğulayıb.

 

Orxan


Comments are closed.