Tural Müseyibovun DTX-nin əməliyyatları ilə bağlı Videoçarxı

Tanınmış telejurnalist, Dövlət Dəniz Agentliyinin mətbuat xismətinin rəhbəri Tural Müseyibov Dövlət Təhlükəsizlik Xidmətinin son vaxtlar keçirdiyi əməliyyatlarla bağlı maraqlı videoçarx hazırlayıb.

XALQ.AZ xəbər verir ki, T.Müseyibov bu barədə öz feysbuk profilində məlumat yayıb.

“Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın inkişafı üçün gecə-gündüz demədən bütün varlığı ilə çalışıb. Həyatını təhlükəyə atan Heydər Əliyev üçün dövlət, xalq və dövlətçilik maraqları öndə olub. Sovet dönəmində dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyevin həyat amalı Azərbaycanın təhlükəsizliyi və gələcək inkişafı olub. Bu ideya və amalı özünə həyat şüarı seçən, adlarını belə bilmədiyimiz vətən övladları bu gün Dövlət Təhlükəsizliyi Xidmətində çalışır. Tam məsuliyyətimlə deyirəm ki, bu şəxslərin Dövlət Təhlükəsizliyi Xidmətini seçməsi, bu peşəyə bağlılığı da peşəkar general-mayor Heydər Əliyevə olan sevgi ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında DTX-nin son əməliyyatları xüsusi diqqət və altını çizərək deyərdim ki, böyük rəğbətlə qarşılandı.

“Kasıbın malına, ərzaq payına göz dikən xaindir, bunun başqa adı yoxdur!” deyən Cənab Prezidentin tapşırığı ilə ölkənin həssas təbəqəsinin haqqına əl uzandanların əlləri qandallandı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə sabit və təhlükəsiz Azərbaycan naminə çalışan vətən övladlarımızın xidmətlərini özündə əks etdirən bir videoçarx hazırladım. Video çarxın ərsəyə gəlməsində zəhməti olan peşəkar Nicat Qayibova təşəkkür edirəm” – deyə T.Müseyibov qeyd edib.

Həmin videoçarxı təqdim edirik:

XALQ.AZ