Türkdilli dövlətlərin parlamentariləri Azərbaycandadır – 7 saatlıq konfrans

XALQ.AZ xəbər verir ki, Türkiyə, Qazaxıstan və Qırğıstandan olan parlamentarilər Milli Məclislə TÜRKPA-nın birgə təşkil etdiyi “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında Türk dünyası qadınlarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransa qatılacaqlar.
Konfransı giriş sözü ilə Milli Məclis sədrinin müavini Bahar Muradova açacaq.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüsenynova, TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov, BMT-nin Azərbaycandakı rezident əlaqələndirici Qulam İsakzai, türkiyəli parlamentari Hüda Kaya, azərbaycanlı deputatlar -Aqiyə Naxçıvanlı, Məlahət İbrahimqızı və digərləri çıxış və məruzə edəcəklər.
Beynəlxalq konfrans təxminən 7 saat davam edəcək.

Yeganə