“Türkiyə Azərbaycanı dəstəkləməkdə davam edəcək” – Hulusi Akar

hulusi

Ermənistanın Azərbaycana son hücumları bir daha göstərdi ki, Yerevan regionda sülh və sabitlik üçün ən böyük maneədir.

XALQ.AZ xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar bildirib.

Nazir qeyd edib ki, bu hücumlar beynəlxalq hüquqa ziddir və Türkiyə bunu qətiyyətlə pisləyir:

“Qarabağın və ətraf rayonların qanunsuz işğalı bir milyondan artıq insanın Azərbaycanda məcburi köçkün vəziyyətinə düşməsinə gətirib çıxarıb. Türkiyə öz xalqını və ərazi bütövlüyünü qoruyan dost Azərbaycanı dəstəkləməkdə davam edəcək”.