Türkiyədə Azərbaycana dəstək aksiyaları keçirilir

fr

Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara və işğalçı siyasətini davam etdirməsinə etiraz olaraq Türkiyədə dəstək aksiyaları həyata keçirilir.

XALQ.AZ xəbər verir ki, iyulun 23-də Ankaranın Keçiörən Bələdiyyəsinin qarşısında “Bir millət, iki dövlətik. Azərbaycan-Türk ordusunun əsgəriyik” şüarı ilə tədbir keçirilib.

Həmçinin Türkiyənin Kayseri şəhərindəki Cümhuriyyət meydanında baş tutan aksiya isə “Turan” dərnəyinin təşkilatçılığı və 53 qeyri-hökumət təşkilatının iştirakı ilə gerçəkləşdirilib. Azərbaycana dəstək aksiyasına Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan, Türkmənistan və Şimali Kipr icmalarının təmsilçiləri qatılıb.